top of page

Yenilənmiş "Prado" daha güclü mühərrikə sahibdir


“Toyota”nın rəsmi dileri Toyota Bakı Mərkəzi artıq yeni Land Cruiser Prado üçün sifarişləri qəbul edir.

Azadpress.az xəbər verir ki, bu haqda "ISR Auto" məlumat yayıb.


70 illik off-road isrinə malik Land Cruiser üstün keyfiyyəti, davamlılığı, etibarlılığı və sərnişin rahatlığı ilə öz seqmentində əvəzsiz olaraq qalır. Yenilənmiş Prado bu irsin davamçısıdır.

Yolsuzluq avtomobili kimi öz seqmentində lider olan olan Pardo ilbəil daha görkəmli olub. Radiator barmaqlığı, arxa qapı tündləşdirilmiş staylinq detalları, bütün spesifikasiyalarda qara rəngli yan güzgülər xüsusi görünüş verir.Yolsuzluq avtomobili təkmilləşdirilmiş Ağıllı Adaptiv Kruiz İdarəetmə, ikinci nəsil Toyota Safety Sense ilə təhciz olunub. Toyota Safety Sense sistemi sürücü və sərnişinlər üçün səyahəti istənlən vaxtda və iqlim şəraitində daha komfortlu edir.


Ancaq əsas yenilik, gücü 177-dən 200 at gücünə yüksələn modernləşdirilmiş 2.8 litrlik dizel mühərrikidir. Yenilənmiş Prado saatda 100 kilometrə 9,9 saniyəyə sürətlənir ki, bu da dəyişiklikdən əvvəlki modeldən 3 saniyə daha sürətlidir. Bir sözlə, mühərrik daha həcmli,daha güclü olub. 6 pilləli avtomatik sürət qutusu ilə təchiz edilmiş Prado saatda maksimum 175 km sürətə malikdir. Qeyd etmək lazımdır ki, mühərrik güclənsə də əksinə, orta yanacaq sərfiyatı 100 km-ə 0,3 Litr azalaraq 7,4 Litrə endirilib. Bu da iqtisadi baxımdan daha sərfəlidir.

Land Cruiser Pradonun yenilənmiş avadanlıq siyahısına 9 düymlük rəngli mərkəzi ekran və Apple CarPlay və Android Auto dəstəyi ilə multimedia sistemi daxildir.


Bundan əlavə, Black Onix-“Qara paket” versiyası ön və arxa bamperlərindəki xüsusi seçmələr, emblemləri ilə digərlərindən fərqlənən yeni bir ekslüziv versiyası ortaya çıxıb.

Prado üç verisyda təqdim olunur: 2700 kub santimetr benzin mühərrikli, 2800 kub santimetr dizel mühərrikli və 4000 kub santimetr benzin mühərrikli.

Adama elə gəlir ki,öz seqmentində başqa heç bir SUV yenilənmiş Prado kimi hərəkət dinamikalı, özünəməxsus komfortlu performans təklif edə bilməz. 4x4 yolsuzluqdan keçmə qabiliyyəti isə sizi istədiyiniz yerə aparıb geri gətirəcək.



bottom of page