top of page

Ziya Məmmədovun qardaşı oğlu Yol polisinə qalib gəldi



Yol polisi Ziya Məmmədovun qardaşı oğlunu içkili tutdu, məhkəmə cərimə etdi.


Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov avtomobili spirtıi içkinin təsiri altında idarə etdiyi üçün Dövlət Yol Polisi tərəfindən saxlanılıb və qərarı ilə barəsində inzibati tənbeh tədbiri seçilib. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, Aynar Məmmədovun yol polisinə qalib gəlməsi barədə yayılan xəbər düzgün deyil. Belə ki, iyunun 4-də DYP əməkdaşları tərəfindən sərxoş halda saxlanılan Aynar Məmmədov barəsində protokol tərtib edilib və toplanmış materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin avqustun 14-də çıxardığı qərara əsasən, Aynar Məmmədov 5 bal, 400 manat cərimə edilib. Avqustun 21-də sürücü həmin cəriməni ödəyib: "Göründüyü kimi, Aynar Məmmədov yol polisinə qalib gəlməyib, törətdiyi əmələ görə cəzalandırılıb".

Azadpress.az

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page