top of page

“Zəngəzur” nəqliyyat dəhlizinin layihəsi hazırlanır


"Hazırda, Naxçıvan Muxtar Respublikasına çıxışa imkan verən “Zəngəzur” nəqliyyat dəhlizinin Azərbaycan tərəfindəki Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd hissəsinin (uzunluğu 123.8 km, 4-6 hərəkət zolaqlı) layihəsi hazırlanır və paralel olaraq tikintisi aparılır."

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər barədə hesabat konfransında Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov bu məlumatı verib.

O, avtomobil yolunun 2024-ci ildə başa çatdırılması nəzərdə tutulduğunu qeyd edib.


bottom of page