top of page

Ərdoğan İsrail prezidentinə zəng edib



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin yeni prezidenti İshak Hersoqa zəng edib.


Azadpress.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.


Ərdoğan Hersoqu andiçmə mərasimi münasibətilə təbrik edib. Türkiyə-İsrail münasibətlərinin Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün böyük əhəmiyyət daşıdığını vurğulayan Ərdoğan iki ölkə arasında enerji, turizm və texnologiya başda olmaqla, müxtəlif sahələrdə əməkdaşlıq üçün yüksək potensialın olduğunu söyləyib.


Türkiyə lideri epidemiyaya baxmayaraq, ikitərəfli ticarətin həcminin artdığını və bu potensialdan faydalanmağın ortaq maraqlara xidmət etdiyini qeyd edib.


Bütün fikir ayrılıqlarına rəğmən, təmas və dialoqun davam etdirilməsinə əhəmiyyət verdiyini dilə gətirən Ərdoğan beynəlxalq ictimaiyyətin Fələstin-İsrail münaqişəsinin BMT qətnamələri çərçivəsində daimi və ikidövlətli həll variantını gözlədiyini vurğulayıb.


Türkiyə prezidenti bildirib ki, Fələstin-İsrail münaqişəsinin həllində atılacaq müsbət addımların Türkiyə-İsrail münasibətlərinin müsbət gedişinə də töhfə verəcək.

Azadpress.az


bottom of page