top of page

Əsəd rejimi türklərin azad etdiyi şəhəri bombaladı


Bəşər Əsəd ordusu Suriyanın şimalında müxalif hərbi qüvvələrin nəzarətindəki Əl Bab bölgəsinə raket zərbələri endirib.

Azadpress.az axar.az-a istinadən xəbər verir ki, hücum nəticəsində iki mülki şəxs həyatını itirib, daha iki nəfər yaralanıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Əl Babı 2017-ci ildə İŞİD terror təşkilatından azad etmişdi.

bottom of page